İlon Mask ABŞ və Çinin maraqlarını siam əkizləri ilə müqayisə edib


Amerikalı iş adamı, Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask Çinin xarici işlər naziri Qin Qanqla görüşündə ABŞ və Çinin maraqlarını siam əkizləri ilə müqayisə edib.


AFN.az xəbər verir ki, bu barədə Çin diplomatik departamentinin saytında dərc edilmiş bəyanatda bildirilir.

"ABŞ və Çinin maraqları bir-birindən ayrılmaz olan siam əkizləri kimi üst-üstə düşür" İlon Mask deyib.

Qin Qanq qeyd edib ki, “sağlam, sabit və konstruktiv” Çin-ABŞ münasibətləri təkcə Pekin və Vaşinqton üçün deyil, bütün dünya üçün faydalıdır.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning amerikalı iş adamının səfərini alqışladığını bildirmişdi. O, ölkə rəhbərliyinin xarici investorların Çində işləməsini arzuladığını vurğulamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu