İlon Mask Çinin xarici işlər naziri ilə görüşüb


Amerikalı milyarder, "Tesla" şirkətinin qurucusu İlon Mask Pekində Çinin xarici işlər naziri Qin Qanqla görüşüb.


AFN.az xəbər verir ki, Mask Şanxaydakı "Tesla" fabrikini ziyarət etmək niyyətindədir. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, milyarder bu ölkədə biznesini genişləndirməyi planlaşdırdığını bildirib.

İlon Mask əlaqələrin kəsilməsinin əleyhinə çıxış edib və inkişaf imkanlarını Pekinlə bölüşməyə hazır olduğunu bildirib.

Çinin xarici işlər naziri Pekinin bütün dünya şirkətləri, o cümlədən "Tesla" üçün uyğun mühit yaratmaq məqsədilə açıqlığı təşviq etməyə hazır olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu