Yaponiya, ABŞ və Avstraliya birgə təlimlər keçirmək barədə razılığa gəliblər


Yaponiya, ABŞ və Avstraliya müdafiə sahəsində əməkdaşlığı gücləndirmək və birgə təlimləri, o cümlədən F-35 döyüş təyyarələrindən istifadə etməklə hava qüvvələri təlimlərini intensivləşdirmək barədə razılığa gəliblər.


AFN.az xəbər verir ki, üç ölkənin müdafiə nazirlikləri şənbə günü Sinqapurda keçirilən danışıqların yekunları üzrə müvafiq razılığa gəliblər.

Yaponiya Müdafiə Nazirliyinin dərc etdiyi tərəflərin birgə bəyanatına əsasən, idarə rəhbərləri müdafiə sahəsində əməkdaşlığı gücləndirmək və birgə təlimlərin miqyasını genişləndirmək, xüsusilə F-35-lərin iştirak edəcəyi Avstraliyada birgə təlimlər keçirmək barədə razılığa gəliblər.

Üç ölkənin müdafiə nazirləri həmçinin informasiya mübadiləsi sahəsində əməkdaşlığın intensivləşdirilməsi və dərinləşdirilməsi barədə də razılığa gəliblər.

Müdafiə nazirləri danışıqlar zamanı Cənubi Çin və Şərqi Çin dənizlərindəki vəziyyətdən ciddi narahat olduqlarını bildiriblər. Onlar Çinin beynəlxalq hüquqa zidd olan iddia və hərəkətlərinə qəti şəkildə pisləyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu