Yaponiya və Hindistan kosmik texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər


Yaponiya və Hindistanın baş nazirləri müxtəlif sahələrdə, o cümlədən kosmik texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.


Yaponiyanın Baş naziri Kişida Fumio Hindistanın ev sahibliyi etdiyi G20 liderlərinin 18-ci sammiti çərçivəsində baş nazir Narendra Modi ilə görüşüb.

Modi və Kişida Yaponiya və Hindistan arasında müxtəlif sahələrdə, o cümlədən kosmik texnologiyalarda əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Görüş zamanı iki lider həmçinin qanuna əsaslanan azad və açıq beynəlxalq nizamın qorunmasının vacibliyini vurğulayıblar.

Kişida sammit çərçivəsində Hollandiyanın baş naziri Mark Rutte və Avstraliyanın baş naziri Entoni Albanese ilə ayrı-ayrılıqda görüşüb.

Yaponiyanın baş naziri həmkarlarına Fukusima Dai-i Atom Elektrik Stansiyasından emal olunmuş tullantı sularının okeana buraxılması prosesinin təfərrüatlarını izah edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu