Ukrayna Krımın azad olunması üçün quru əməliyyatlarına başlayır


“Krımın azad olunması üçün quru əməliyyatlarına başlayacağıq”.



AFN.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O bildirib ki, yarımadanın Rusiya işğalında azad edilməsi uzaqda deyil: “Biz ərazilərimizi geri qaytaracağıq”.

Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.

Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyünün bərpa olunması, o cümlədən Krımın azad edilməsi ilə başa çatmalıdır.

Bizim Telegram kanalımıza abunə olun



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu