ABŞ: "Biz BMT Təhlükəsizlik Şurasına Şimali Koreya ilə bağlı təzyiq edəcəyik"


Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bildirib ki, Şimali Koreyanın beynəlxalq hüququ pozan təxribatlarına qarşı tədbir görülməsi üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təzyiqlər davam edəcək.


Sullivan Rusiya və Çinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları neytrallaşdırmasının mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb: “Rusiyanın daha əvvəl etdiklərini nəzərə alsaq, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onun əsas vəzifələrini yerinə yetirib-yetirməyəcəyi ilə bağlı bizim narahatlıqlarımız var." - deyə cavab verib.

“Biz Şimali Koreyanın beynəlxalq hüququ pozan təxribatlarına cavab olaraq əlavə addımlar atması üçün Nyu Yorka (BMT Təhlükəsizlik Şurasına istinad edərək) təzyiq göstərməyə davam edəcəyik”, - deyə Sullivan bildirib.

Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putinin görüşünü şərh edən Sullivan, "Yaponiya və Cənubi Koreyadan olan həmkarlarımla görüşdüm. Üçümüz də bu mövzuda məsləhətləşmələr aparmaq və atacağımız addımları koordinasiya etmək fürsəti əldə etdik".

Sözügedən görüşlə bağlı Sullivan səfərlə bağlı fikirlərinin dəyişmədiyini və Şimali Koreyanın ukraynalıları öldürmək üçün Rusiyaya silah verməsi ilə bağlı danışıqların irəlilədiyini düşündüklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu