Aİ xarici işlər nazirləri növbəti iclasını Kiyevdə keçirəcək


Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçiriləcəyini açıqlayıb.


Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası münasibətilə Nyu-Yorkda qeyri-rəsmi görüş keçiriblər.

Görüşdən sonra mətbuata açıqlama verən Borrell Aİ və üzvlərinin BMT Baş Assambleyası çərçivəsində 133 ölkə ilə görüşəcəyini və əsas gündəmin iqlim dəyişikliyi, davamlı inkişaf hədəfləri, beynəlxalq maliyyə arxitekturasında islahatlar və Rusiyanın Ukraynadakı müharibəsi olacağını bildirib.

"Sülh formuluna mümkün qədər çox BMT üzvünün dəstəyini təmin etmək üçün Ukrayna ilə işi davam etdirmək istəyirik. Bunun üçün bütün nazirlərimiz öz tərəfdaşları ilə intensiv təmaslar davam etdirəcəklər" - deyə Borrel bildirib.

İclasda AB xarici işlər nazirlərinin Ukrayna ilə bağlı təhlükəsizlik öhdəliklərini müzakirə etdiklərini bildirən Borrell, önümüzdəki həftələrdə baş tutacaq xarici işlər nazirlərinin toplantısının ilk dəfə Kiyevdə keçiriləcəyini bildirib.

Borrell BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin Nyu-Yorka gəlməməsi ilə bağlı suala belə cavab verib: "İşimizə davam etməliyik. Oturub onların gəlməsini gözləyə bilmərik. Təcili vəziyyətimiz var: İnsanlar hər gün ölür. Bu, nə qədər tez başa çatsa, itkilərin qarşısını almaq bir o qədər yaxşıdır. İlk növbədə ukraynalılar, rus əsgərləri və dünyada müharibədən zərər çəkən hər kəs xilas edilməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu