Aİ-dən Ukraynaya 4 il müddətinə 20 milyard avroluq hərbi dəstək planı


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya hərbi dəstək çərçivəsində 4 il müddətinə 20 milyard avro verməyi planlaşdırdıqlarını açıqlayıb.


Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Toplantısının sonunda açıqlama verən Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Ukraynaya davamlı və proqnozlaşdırıla bilən dəstəyin əhəmiyyətinə diqqət çəkib.

Borrell Ukraynaya hərbi dəstək üçün istifadə edilən Avropa Sülh Fondunda bu ölkənin müdafiə ehtiyaclarını qarşılamaq üçün xüsusi bir hissə ayıraraq qarşıdakı 4 il üçün ildə 5 milyard avro təklif hazırladığını açıqlayıb.

"Bu, bizim ehtiyaclarımızın qiymətləndirilməsi və Ukrayna ilə bağlı uzunmüddətli təhlükəsizlik öhdəliklərimizin dəyəridir" - deyən Borrell qeyd edib ki, avqustun sonunda Aİ xarici işlər nazirlərinin İspaniyanın Toledo şəhərində keçiriləcək qeyri-rəsmi görüşündə yenidən müzakirə ediləcək.

Borrell qeyd edib ki, Rusiya Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxaraq, ərzaq qiymətlərinin qalxmasına və dünyanın ərzaq təhlükəsizliyi təhlükəsi ilə üzləşməsinə səbəb olub: "Putin aclıqdan silah olaraq istifadə edir".

Diplomat Rusiyanın taxıldan əhəmiyyətli miqdarda gəlir əldə etdiyini, qiymət artımı ilə gəlirinin daha da artacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu