Borrell Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin vacib olduğunu deyib


Ukraynaya hərbi dəstək davam etməli və genişlənməlidir.


Avropa İttifaqının diplomatik rəhbəri Cozef Borrell qurumun sammiti öncəsi belə bir açıqlama ilə çıxış edib. O, bildirib ki, Aİ sammiti silah tədarükünü genişləndirmək üçün Avropa Sülh Fondunun genişləndirilməsinə dəstək verməlidir.

“Biz genişlənmə, hərbi və maliyyə yardımı baxımından Ukraynanı mümkün qədər dəstəkləməliyik. Mən liderlərdən Ukraynanın Avropa üçün ekzistensial problem olduğunu başa düşmələrini xahiş edəcəyəm. Ukraynaya hərbi dəstəyimiz davam etməli və artmalıdır ki, bu, Rusiyaya qarşı müharibə deyil, bu, bizim təhlükəsizliyimiz üçün müharibədir”, - deyə Borrell qeyd edib. O, Aİ liderlərini ona Avropa Sülh Fondunun genişləndirilməsi üçün səlahiyyət verməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu