Bayden BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasından danışıb


ABŞ prezidenti Co Bayden yeni fikirlərin ortaya çıxmasına imkan yaratmaq üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyindən danışıb.


BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edən Bayden xatırladıb ki, Vaşinqton artıq Təhlükəsizlik Şurasının genişləndirilməsinə, xüsusən də daimi və qeyri-daimi üzvlərin sayının artırılmasına dəstək verdiyini bəyan edib.

Sentyabrın 17-də Strateji Kommunikasiyalar üzrə Koordinator Con Kirbi Britaniyanın “The Daily Telegraph” qəzetinə müsahibəsində BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyindən danışaraq qeyd edib ki, Vaşinqtonun nöqteyi-nəzərindən Təhlükəsizlik Şurası daha ​​əhatəli və hərtərəfli olmalıdır. Nəşrin məlumatına görə, Bayden şuraya Hindistan, Braziliya, Almaniya və Yaponiya kimi beş və ya altı yeni daimi üzv təqdim etmək istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu