Yaponiyanın baş naziri BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasını təklif edib


Yaponiyanın baş naziri Fumio Kişida BMT Baş Assambleyasının sessiyasında təşkilatın Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.


“Dünya əhəmiyyətli şəkildə dəyişir. Bizə müasir dünyanı əks etdirən Təhlükəsizlik Şurası lazımdır. Yaponiya Afrikanın BMT Təhlükəsizlik Şurasında mövcudluğunun gücləndirilməsini, eləcə də BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının genişləndirilməsi zərurətini dəstəkləyir”, - deyə Kişida deyib.

Onun sözlərinə görə, 2024-cü ildə BMT-nin 80 illik yubileyi konkret fəaliyyət üçün ideal məqamdır.

Yaponiyanın baş naziri BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadənin məhdudlaşdırılması təşəbbüsünü də dəstəkləyib. O bildirib ki, vetodan qeyri-məhdud istifadə təşkilatda parçalanma və qarşıdurmaya gətirib çıxarır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu