Blinken Ukraynaya növbəti 325 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib


ABŞ administrasiyası Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün mərmilərlə birlikdə 325 milyon dollar dəyərində hərbi yardım paketi göndərir.


Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin açıqlamasında deyilir.

Dövlət katibi vurğulayıb ki, paketə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək edəcək əlavə hava hücumundan müdafiə sursatları daxildir. Onun sözlərinə görə, silah və texnika ABŞ-ın Müdafiə Nazirliyinin ehtiyatlarından göndəriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu