İsrailin bəzi hərbi obyektlərinə Livandan hücum edilib


Sərhəddəki bəzi İsrail hərbi məntəqələri Livanın cənubundan hədəf alınıb. İsrail artilleriya atəşi ilə cavab verib.


Livanın Kefr Şuba qəsəbəsindən İsrailin sərhəddəki bəzi müşahidə məntəqələrinə artilleriya hücumu edilib.

İsrail ordusunun bəyanatında Livandan Kerf Şuba bölgəsinə çoxlu "atəş açıldığı" bildirilib.

Hücumların raket və ya minaatanlarla həyata keçirilib-keçirilmədiyi ilə bağlı məlumat verilməyən açıqlamada “İsrail ordusunun əsgərləri hazırda atəş açılan yerə zərbələr endirirlər” , - deyə bəyanatda bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu