Livan Hizbullahı sərhəd bölgəsində İsrailə qarşı hücumlara görə məsuliyyəti öz üzərinə götürüb


Livan Hizbullahı cənub sərhəd bölgəsində İsrailə qarşı dörd ayrı hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb. Öz növbəsində İsrail ordusu Livandan edilən hücumlara tank və artilleriya atəşi ilə cavab verdiyini bildirib.


Hizbullahın verdiyi açıqlamada İsrail ordusunun Livanın cənubundakı qəsəbələrindəki qanun pozuntularına cavab olaraq ona qarşı 4 hücumun təşkil edildiyi bildirilib.

İsrail ordusundan verilən açıqlamada Livan sərhədindəki bəzi hərbi müşahidə məntəqələrinin atəşə tutulduğu müəyyən edildikdən sonra bölgədəki Hizbullah infrastrukturuna tank və artilleriya atəşi ilə cavab verildiyi bildirilib.

İsrail ordusunun silahlı pilotsuz uçuş aparatının (PUA) Hizbullah hədəflərini də havadan vurduğu bildirilib.

İsrailin Livan sərhəd xəttindəki Hanita adlı yaşayış məntəqəsi yaxınlığındakı sərhəd təhlükəsizlik hasarının ətrafında baş verən partlayışdan sonra ərazini skan edən İsrail ordusu Livandan heç bir sızma olmadığını açıqlayıb.

İsrail tərəfi Livanın hava məkanını pozan təyyarənin onun hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu