Livan-İsrail sərhədində qarşılıqlı hücumlar davam edir


İsrail ordusu Livan ərazisindən İsrailə tank əleyhinə raketlə hücumun ardından Livan sərhədindəki ərazilərin hədəf alındığını açıqlayıb.


Ordudan verilən qısa açıqlamada Livan ərazisindən İsrail ordusunun ərəblərin əl-Aramşe kəndi yaxınlığındakı mövqeyinə tank əleyhinə raketin atıldığı bildirilib.

Bəyanatda bildirilib ki, buna cavab olaraq Livan ərazisinə hücum edilib.

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, Livandan İsrailin şimalındakı qəsəbələrə doğru iki raket atıldıqdan sonra İsrail ordusu Livanın cənubuna doğru artilleriya atəşi açıb.

Xəbərdə iki raketin atılmasından qısa müddət sonra Dahayra ətrafının top atəşi ilə, Yarin qəsəbəsinin ətrafının isə fosfor bombaları ilə hədəfə alındığı qeyd edilib.

Dahayra qəsəbəsində İsrailin hücumu nəticəsində 2 mülki vətəndaşın yaralandığı bildirilib.

Livan ərazisindən raketlərin atılmasına görə məsuliyyəti Hizbullar öz üzərinə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu