Fransada "Ciaran" fırtınası səbəbiylə "Bu gecə evlərinizi tərk etməyin" xəbərdarlığı


Fransada "Ciaran" fırtınası səbəbindən vətəndaşlardan bu gecə evlərini tərk etməmələri istənilib.



Daxili İşlər Naziri Gerald Darmanin BFMTV kanalına verdiyi açıqlamada Fransanın şimal-qərbindəki Brittany və Normandiya bölgələrində xüsusilə təsirli olacaq "Ciaran" fırtınasına qarşı xəbərdarlıq edib.

Ölkə daxilində vətəndaşlara "Bu gecə evlərinizi tərk etməyin" xəbərdarlığı edən Darmanin, Brittani və Normandiyaya 3200 yanğınsöndürmə personalının təyin edildiyini bildirib.

Bildirilir ki, sürəti saatda 170 kilometrə çatan tufan Brittani və Normandiya sahillərində 10 metr yüksəkliyə çatan dalğalara səbəb ola bilər.

Dənizkənarı ərazilərdə 16 yaşayış məntəqəsində xəbərdarlıq səviyyəsi “narıncı”ya yüksəldilib.

Böyük Britaniya, İrlandiya, Fransa və Pireney yarımadasını əhatə edəcəyi gözlənilən "Ciaran" tufanına görə tufan və daşqın xəbərdarlığı edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu