Fransanın Pa-de-Kale bölgəsində daşqın xəbərdarlığı edilib


Fransada təsirli olan Ciaran qasırğasının ardından ölkənin şimal-qərbindəki və hazırda daşqınların yaşandığı Pas-de-Kale bölgəsi üçün daşqın xəbərdarlığı edilib.



Fransa mediasında yer alan xəbərə görə, daxili işlər naziri Gerald Darmanin X sosial media hesabında etdiyi paylaşımda bölgə sakinlərindən səlahiyyətlilərin xəbərdarlıqlarını nəzərə almağı və daşqınlara qarşı diqqətli olmalarını istəyib.

Bölgədə xəbərdarlıq səviyyəsi “qırmızı”ya qaldırılıb.

Pas-de-Kale Qubernatorluğu telefonlarına göndərdiyi mesajda bölgə sakinlərindən çaylardan və çay yataqlarından uzaq durmağı xahiş edib.

Rayonda ictimai nəqliyyat xidmətləri ləğv edilib, məktəblərdə tədris dayandırılıb.

Deux-Sevres, Charente-Maritime, Charente, Jironde və Dordogne bölgələrində xəbərdarlıq səviyyəsi "narıncı" səviyyəsinə yüksəldilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu