Ukrayna Rusiyanın son model zenit-raket kompleksini məhv etdi


Ukrayna Silahlı Qüvvələrinin Tavriya bölməsinin komandiri Aleksandr Tarnavski Rusiyanın ən yeni S-300V4 zenit-raket kompleksini məhv etdiklərini açıqlayıb.



Tarnavski sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun son sutka ərzində Tavriya istiqamətində 23 hava hücumu və 888 artilleriya atəşi həyata keçirdiyini bildirib və cəbhə xəttində 44 toqquşma olduğunu qeyd edib.

Ukrayna ordusunun Avdiyivka istiqamətində müdafiəni qətiyyətlə davam etdirdiyini qiymətləndirən Tarnavski, Ukrayna raket və artilleriya birləşmələrinin son 24 saatda 1241 atış missiyası həyata keçirdiyini və Rusiyanın 542 əsgər itkisi olduğunu iddia edib.

Tarnavski son model S-300V4 zenit-raket kompleksi, 2 tank, 3 zirehli personal daşıyıcısı, 7 artilleriya sistemi, 26 pilotsuz uçuş aparatı, 3 nəqliyyat vasitəsi, xüsusi texnika daxil olmaqla, Rusiyaya məxsus ümumilikdə 46 texnikanın məhv edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu