Pakistanda ticarət mərkəzində yanğın: 11 nəfər ölüb, 22 nəfər yaralanıb


Pakistanın Kəraçi şəhərində ticarət mərkəzində baş verən yanğında 11 nəfər ölüb, 22 nəfər yaralanıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Karaçinin Rəşid Minhas küçəsində yerləşən 6 mərtəbəli ticarət mərkəzində naməlum səbəbdən yanğın baş verib.

İlkin məlumata görə, yanğın zamanı 11 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.

Səlahiyyətlilər ticarət mərkəzində sıxışmış 50 nəfərin xilas edilməsi üçün işlərin davam etdiyini bildirib.

Bölgəyə ezam olunmuş yanğınsöndürənlər yanğını söndürməyə davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu