Moskvanın mərkəzində baş verən yanğında ölənlərin sayı 7-yə çatıb


Moskvanın mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.


AFNa.az xəbər verir ki, bu haqda Moskva Fövqəladə Hallar Xidmətinin nümayəndəsi "RİA Novosti"yə bildirib. “Bir qadın xəstəxanada ölüb, ölənlərin sayı 7 nəfərə çatıb. Biri uşaq olmaqla 9 nəfər yaralanıb”, - deyə idarədən qeyd edilib.

Qeyd edək ki, yanğın Moskvanın Mejdunarodnaya küçəsində - MKM otelinin yerləşdiyi binada baş verib. Hadisə 16 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verib. Artıq yanğın söndürülüb. Xilasedicilər daha əvvəl altı nəfərin öldüyünü və 9 nəfərin yaralandığını bildirmişdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu