Türkiyədə zəlzələdə ölənlərin sayı 24 617 nəfərə çatıb - YENİLƏNİB


Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.


AFN.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb.


AFN.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.


***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 848 nəfərə çatıb.


Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 104 nəfər yaralanıb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 875 nəfərə çatıb.


AFN.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində 79 717 nəfər yaralanıb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb.


Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb.

AFN.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.

Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406 nəfərə çatıb.


AFN.az xəbər verir ki, zəlzələdə yaralananların sayı 71 866 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb.


AFN.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə çıxışında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb.

***

***

Türkiyədə zəlzələ qurbanlarının sayı 14014 nəfərə çatıb.


AFN.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə çıxışında deyib.

O bildirib ki, 64 794 nəfər yaralı var: “Axtarış-xilasetmə tədbirləri davam edir”.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb.


AFN.az-ın xəbərinə görə, məlumatə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Ərdoğan bildirib ki, təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələ qurbanlarının sayı 8574 nəfərə çatıb.


AFN.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, 49 133 nəfər yaralanıb.

Təbii fəlakət nəticəsində 6444 bina dağılıb.

***

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb.


AFN.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yaralıların sayı 38 224 nəfərdir.

***

Türkiyədə zəlzələ qurbanlarının sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.


Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. O bildirib ki, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər cəlb edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.


***

Türkiyədə zəlzələdə qurbanlarının sayı 5 434-ə çatıb. Yaralıların sayı 31 777 nəfərə yüksəlib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.


Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Fevralın 6-da ard-arda baş verən iki böyük təkan nəticəsində yaralananların sayı isə 26 700 nəfəri keçib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirdiyi brifinqdə 3549 nəfərin həlak olduğunu açıqlayıb. O bildirib ki, 22 168 nəfər xəsarət alıb.


Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı durmadan artır.


AFN.az xəbər verir ki, son məlumata görə, təbii fəlakətdə 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.

***

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb.


AFN Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində yaralananların sayı 20 426 nəfər təşkil edir. 5 775 bina dağılıb.

***

Türkiyədə zəlzələdə həyatını itirənlərin sayı 2921-ə yüksəlib.


AFN.az xəbər verir ki, bu haqda AFAD rəhbəri Yunus Sezer məlumat açıqlayıb. O, 15 min 834 nəfər yaralının olduğunu bildirib.

***

Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 2316-ya çatıb.


AFN.az xəbər verir bu haqda AFAD məlumat yayıb. Bildirilir ki, yaralıların sayı 13 293 nəfərdir. Dağıntılar altından 7 340 nəfər xilas edilib. Ümumilikdə 7 214 bina dağılıb.

***

Türkiyədə bu gün baş verən güclü zəlzələdə ölənlərin sayı 1651-ə çatıb.

AFN.az NTV-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində yaralıların sayı isə 11 119-a çatıb. Zəlzələdə 3471 bina uçub.

Hazırda zəlzələ baş verən bölgələrdə xilasetmə işləri davam edir. Dünyanın onlarla ölkəsindən Türkiyəyə yardəm və dəstək göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu