Vyetnamda bina yanğınında ölənlərin sayı 56-ya çatdı


Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 56-ya çatıb.


Vyetnam polisi bu gün Khuong Ha küçəsindəki yaşayış binasında başlayan yanğında 56 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını açıqlayıb.

Bildirilib ki, təxminən 150 nəfərin yaşadığı yaşayış binasında həyatını itirən 56 nəfərdən 39-nun şəxsiyyəti müəyyən edilib.

Digər tərəfdən, polis bina sahibini yanğın təhlükəsizliyi qaydalarını pozub-pozmadığını araşdırmaq üçün saxlayıb.

Vyetnamın baş naziri Pham Minh Chinh yanğında həyatını itirənlərin yaxınlarına başsağlığı verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu