Valensiyada binada baş verən yanğında 4 nəfərin öldüyü bildirilib


İspaniyanın şərqindəki Valensiya şəhər mərkəzində ötən gecə yanan yaşayış binasında 4 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı, 19 nəfərin isə itkin düşdüyü bildirilib.



Ötən gecə yerli vaxtla saat 17.30 radələrində Valensiya şəhərinin Campanar rayonunda 138 mənzildən ibarət 2 bloklu, 14 mərtəbəli yaşayış binasında baş verən yanğın sürətlə yayılıb.

Səlahiyyətlilər binada yanğının nəzarət altına alındığını, lakin daxili mənzillərə hələ də girişin mümkün olmadığını bildiriblər.

Valensiya Təcili Yardım Birliyinin direktor müavini Xorxe Suares mətbuata verdiyi açıqlamada 4 nəfərin cəsədinin tapıldığını, 19 nəfərin hələ də itkin düşdüyünü, 6-sı yanğınsöndürən də daxil olmaqla 14 nəfərin yaralandığını bildirib.

Valensiya Bələdiyyəsi yanğında həyatını itirənlərin xatirəsinə şəhərdə 3 günlük matəm elan edib.

Səlahiyyətlilər qeyd ediblər ki, hələlik səbəbi məlum olmayan boş bir mənzildə başlayan yanğın binada istifadə olunan poliuretan üzlük materialları səbəbindən qısa müddətdə 138 mənzilin hamısına yayılıb.

Ətraf əyalətlərdən olan yanğınsöndürmə briqadaları, eləcə də Hərbi Təcili Yardım Birliyi (UME) yanğının söndürülməsi işlərinə dəstək verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu