İspaniyada gecə klubunda yanğın: 13 nəfər ölüb


İspaniyada gecə klubunda baş verən yanğında 13 nəfər ölüb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, hadisə İspaniyanın cənub-şərqindəki Mursiya şəhərində baş verib.

Yerli vaxtla saat 06:00 radələrində başlayan yanğında 13 nəfərin həyatını itirdiyi, 4 nəfərin isə tüstüdən təsirləndiyi bildirilib.

Yanğın xəbərindən sonra hadisə yerinə gələn qruplar yerli vaxtla saat 08:00 radələrində binaya girməyi bacarıb və əvvəlcə 4 nəfərin, təxminən 40 dəqiqə sonra isə 2 nəfərin cəsədini aşkar ediblər.

Daha sonra ölənlərin sayı 13-ə yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu