İspaniyada yanğında 3-ü uşaq olmaqla 4 nəfər ölüb


İspaniyanın Viqo şəhərində bir binada baş verən yanğında ilkin məlumata görə, 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib.


Bələdiyyə orqanlarından verilən açıqlamada ölkənin şimal-qərbində yerləşən Viqo şəhərində yaşayış binasında yanğının baş verdiyi bildirilib.

Yanğında 4 nəfərin həyatını itirdiyi və bu şəxslərdən 3-nün 9-14 yaş arasında olduğu qeyd edilib.

Açıqlamada binadan təxliyə edilən 9 nəfərin xəstəxanaya yerləşdirildiyi, xəsarət alan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd olunub ki, Viqoda həyatını itirənlər üçün 3 günlük matəm elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu