Lionda bir binada baş verən yanğında 2 nəfər ölüb


Fransanın Lion şəhərində bir binada baş verən yanğında 2 nəfər ölüb, 3 nəfər yaralanıb.


Milli mətbuatda çıxan xəbərlərə görə, gecə saatlarında Lionda bir binada yanğın baş verib.

Pilləkənlərdən başlayan yanğın binanın damına çatıb.

Hadisə yerinə gələn xilasetmə qrupları yanğında həyatını itirən 2 nəfərin cəsədini aşkarlayıb.

Yanğın yerli vaxtla saat 07:00 radələrində nəzarətə götürülüb.

Xəsarət alan 3 nəfər xəstəxanaya aparılarkən, binada yaşayan 25 nəfər təhlükəsiz yerə aparılıb.

Yanğının səbəbi hələlik məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu