Fransada bir binada baş verən yanğında 3 nəfər ölüb, 8 nəfər yaralanıb


Fransanın paytaxtı Parisətrafı məhəllələrdən biri olan Stainsdə bir binada baş verən yanğında 3 nəfər ölüb, 8 nəfər yaralanıb.


Sena-Saint-Denis qubernatorluğundan hadisə ilə bağlı verilən yazılı açıqlamada bildirilir ki, gecə saatlarında Stainsdəki bir binada naməlum səbəbdən yanğın baş verib.

Hadisə zamanı 3 nəfər ölüb, biri yanğınsöndürən olmaqla 8 nəfər yaralanıb.

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu