Qazaxıstanda yataqxanada baş verən yanğında 13 nəfər həyatını itirib


Qazaxıstanın Almatı şəhərində yataqxanada baş verən yanğında 4-ü xarici ölkə vətəndaşı olmaqla 13 nəfər həyatını itirib.



Almatı Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada bildirilib ki, şəhərdə üç mərtəbəli binanın zirzəmisində fəaliyyət göstərən “Almaty Hostel” adlı yataqxanada yerli vaxtla saat 05.30 radələrində yanğın baş verib.

Yanğında 4-ü əcnəbi olmaqla 13 nəfərin cəsədinin tapıldığı qeyd edilib.

Açıqlamada 13 nəfərin tüstüdən zəhərlənərək öldüyü, həyatını itirən əcnəbilərdən 2-nin Rusiya, 2-nin isə Özbəkistan vətəndaşı olduğu bildirilib.

Yanğın zamanı yataqxanada olan 72 nəfərdən 59-nun öz imkanları ilə çıxdığı, 3 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Almatı qubernatoru Yerbolat Dosayev bildirib ki, yataqxanadan daha çox universitet tələbələrinin istifadə etdiyini, 1,5 ay əvvəl fəaliyyətə başladığını və zirzəmidə olmağın qanuna zidd olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu