Münhendə 760 aviareys ləğv edilib


Almaniyada yağan güclü qar səbəbindən dünən Münhen hava limanında 760 reysin təxirə salındığı açıqlanıb.



Uçuşlar yerli vaxtla saat 06:00-da bərpa edilib. Almaniyanın cənubunda yağan güclü qar həyata mənfi təsir edib. Bavariya əyalətində gecə boyu davam edən qar hava və dəmir yolu nəqliyyatını dayandırıb, minlərlə sərnişin terminallarda qalıb.

Münhendə qatar, tramvay və avtobusların hərəkətində fasilə yaranıb. Münhen mərkəzi qatar stansiyası gələnlər üçün bağlanıb.

Deutsche Bahn dəmir yolu şirkəti tərəfindən verilən açıqlamada sabaha qədər dəmir yolu nəqliyyatının qardan ciddi şəkildə təsirlənəcəyi bildirilib. Münhen polisi əhalini zərurət olmadıqca nəqliyyat vasitələrindən istifadə etməmələri ilə bağlı xəbərdarlıq edərkən, Münhen hava limanı güclü qar yağması səbəbindən dünən 760 uçuşun ləğv edildiyini açıqlayıb.

Açıqlamada, hava limanında həyata keçirilə bilməyən uçuşlardan sonra bu gün yerli vaxtla saat 06.00-da uçuşların yenidən başladığı qeyd edilib və uçuşların yenidən başlamasına baxmayaraq hava nəqliyyatında bəzi məhdudiyyətlərin ola biləcəyinə diqqət çəkilib. Açıqlamada sərnişinlərdən uçuşlarını daim yoxlamaları istənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu