Hollandiyada fırtına ağacları kökündən çıxardı: ölən var


Hollandiyanın şimal-qərb bölgəsində güclü fırtına nəticəsində Haarlem şəhərində 51 yaşlı qadın ağacın avtomobilinin üzərinə aşması nəticəsində həyatını itirib. Ölkədə bir çox reyslər və qatarlar ləğv edilib.


Hollandiya Meteorologiya İnstitutunun (KNMI) verdiyi açıqlamaya görə, ölkənin şimal bölgələrinə "qırmızı təhlükə" elan edilib, əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox hava və dəmir yolu əlaqəsi ləğv edilib.

Schiphol Hava Limanının Twitter hesabından edilən açıqlamaya görə, güclü fırtına səbəbiylə saat 09.00-16.00 arasında bir çox uçuş həyata keçirilə bilməyib.

Açıqlamada yerli vaxtla saat 12:30-a olan məlumata görə, sözügedən reyslərin sayı 400-ü keçib.

Hollandiya Dövlət Dəmir Yollarının (NS) Twitter-dəki paylaşımına görə, saat 08:30-dan etibarən ölkənin əksər hissəsində qatar reysləri ləğv edilib.

Amsterdamın bir çox yerində təsirli olan fırtınada yıxılan ağaclar avtomobillərə ziyan vurub. Ölkədə bəzi magistral yollar da ağacların aşması səbəbindən bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu