İsveçrəni qasırğa vurdu: 1 nəfər ölüb, 15 nəfər yaralanıb


İsveçrənin La Chaux-de-Fonds bölgəsində güclü qasırğa nəticəsində bir nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.


Ötən gün sürəti saatda 217 kilometrə çatan fırtına İsveçrənin şimalında Fransa sərhədində yerləşən La Chaux-de-Fonds bölgəsində təsirli olub.

Şiddətli fırtınada ağaclar və elektrik dirəkləri uçub, kilsə və məktəbin damları, ən azı 15 evi uçurub, onlarla avtomobilə ziyan dəyib.

Polis tikinti sahəsində kranın aşması nəticəsində 50 yaşlarında bir şəxsin öldüyünü açıqlayıb.

Açıqlamada, fırtına nəticəsində yaralanan ən azı 15 nəfərin müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu