Qasırğa Floridada 2 nəfərin ölümünə səbəb oldu


ABŞ-ın Florida ştatında güclü yağış və daşqınlara səbəb olan "İdalia" tropik qasırğası nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilir.


Dünən səhər saatlarında Florida ştatına çatan "İdalia"nın intensivliyi qasırğadan tropik tufana qədər azalıb.

Florida ştat polisi tropik fırtına zamanı baş verən güclü yağışda nəqliyyat vasitələrinin idarəetmədən çıxması nəticəsində 2 nəfərin həyatını itirdiyini bildirdi.

Sürəti saatda 300 kilometrdən 96 kilometrə enən fırtına Corciya və Cənubi Karolina ştatlarına doğru irəliləyib.

Tropik qasırğanın həftə sonu qurudan Atlantik okeanına dönəcəyi gözlənilir.

Dünən səhər saatlarından etibarən əyalətdə 3-cü kateqoriya şiddəti ilə təsirini göstərən "İdalia", davamlı külək səbəbiylə yarım milyon insanı əhatə edən elektrik kəsilməsinə, küçələri su basmasına, dalğa uzunluğunun 3 metrə çatmasına və uçuşların ləğvinə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu