"Li" qasırğası Yeni İngiltərə və Kanadaya doğru irəliləyir


Bir həftədən artıqdır ki, Atlantik okeanı üzərində hərəkət edən "Li" qasırğası şənbə günü ABŞ-ın Yeni İngiltərə və Atlantik Kanada bölgəsinə yaxınlaşıb. Həmin ərazilərdə güclü yağışlar, güclü küləklər və təhlükəli tufan dalğası ilə tropik fırtına gözlənilir.


AFN.az-ın məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Kanada Qasırğa Mərkəzinin məlumatına görə, "Li"nin yerli vaxtla saat 15:00 radələrində Yeni Şotlandiyaya çataca. Daha sonra Nyu-Brunsvikdə küləklərin qasırğanın gücündən aşağı olacağı proqnozlaşdırılır.

Qasırğanın potensial yolu onu birbaşa iki əyaləti ayıran və dünyanın ən yüksək gelgitlərindən birinə malik olan Fundy körfəzinə apara bilər.

ABŞ Milli Qasırğa Mərkəzi Massaçusetsdən Yeni Şotlandiyaya qədər yüzlərlə mil sahil zolağında təxminən 9 milyon insana tropik fırtına xəbərdarlığı edib.

Milli Qasırğa Mərkəzinin məlumatına görə, Yeni İngiltərənin böyük hissəsində 30 ilə 90 sm arasında fırtına dalğası gözlənilir.

"Li"nin həmçinin 5 ilə 12,5 sm arasında yağıntı gətirəcəyi, tropik güclü küləklərin cümə axşamından etibarən sahilyanı əraziləri vuracağı gözlənilir.

Fırtınadan əvvəl ABŞ prezidenti Co Bayden administrasiyası Men ştatında fövqəladə vəziyyət elan edərək ştata federal yardım göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu