ABŞ Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandırır


Birləşmiş Ştatlar cümə axşamından etibarən Avropada Adi Silahlı Qüvvələr Müqaviləsində (CFE) iştirakını dayandırır.


Noyabrın 7-də Rusiyanın CFE Müqaviləsindən çıxmaq prosedurunu tamamlamasına cavab olaraq ABŞ müqavilə üzrə öhdəliklərin icrasını dayandırıb.

Ağ Ev daha əvvəl Rusiyanın CFE Müqaviləsindən çıxmasından məyus olduğunu bildirmişdi.

Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, Moskva Vaşinqtona müqavilədən çıxmaqdan başqa seçim qoymayıb. O əlavə edib ki, NATO-nu qorumaq üçün ABŞ Rusiya Federasiyasının CFE Müqaviləsindən çıxmasından sonra Avropada qüvvələr yerləşdirməsində dəyişikliklər edə bilər. Ümumilikdə, Ağ Ev hesab edir ki, ABŞ-ın CFE Müqaviləsində iştirakının dayandırılması NATO-nun planlaşdırma, yerləşdirmə və təlimlərə təsir edən məhdudiyyətləri aradan qaldırmaqla müdafiə və çəkindirmə imkanların gücləndirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu