Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 73-ə çatıb


Yaponiyanın qərbindəki İşikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 73-ə yüksəlib.



Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1 və 2-də Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə zəlzələlər baş verib.

Bu gün yarımada regionunda yerli vaxtla saat 02.21-də 5.0 və yerli vaxtla saat 10.54-də 5.5 bal gücündə daha iki zəlzələ qeydə alınıb. Zəlzələlər davam edir.

Bildirilib ki, zəlzələlərdən sonra magistral yollar dağılıb, bütün bölgədə bəzi tikililər zədələnib, su və elektrik enerjisinin verilişində fasilələr yaranıb, bəzi kəndlərə gediş-gəliş bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu