Meksikada qaçırılan 31 immiqrant xilas edilib


Meksikanın Tamaulipas əyalətində həftə sonu silahlı şəxslər tərəfindən qaçırılan 31 immiqrant təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə xilas edilib.



Prezidentin sözçüsü Jesus Ramirez Cuevas açıqlamasında təhlükəsizlik qüvvələrinə təşəkkür edərək, Milli Qvardiyanın və Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Katibliyinin səyləri sayəsində 31 immiqrantı təhlükəsiz şəkildə xilas etmək mümkün olduğunu bildirib.

Cuevas xilas edilən mühacirlərin xəstəxanada müalicə olunduğunu və lazımi prosedurların aparıldığını bildirib.

Qaçırılan mühacirlərin Kolumbiya, Honduras, Venesuela və Meksikadan olduğu bildirilib.

Xatırladaq ki, Reynosa və Matamoros şəhərləri arasında səyahət edən və ABŞ sərhədinə getmək istəyən immiqrantlar naməlum silahlı şəxslər tərəfindən avtobusdan endirilərək qaçırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu