Nigeriyada silahlı şəxslər tərəfindən qaçırılan 4 universitet tələbəsi xilas edilib


Nigeriyanın Zamfara əyalətində silahlı şəxslər tərəfindən qaçırılan 4 universitet tələbəsi ordu tərəfindən əməliyyat nəticəsində xilas edilib.


Bu barədə Nigeriya ordusundan verilən açıqlamada bildirilir. Qeyd edilir ki, Zamfara əyalətindəki Qusau Federal Universitetində silahlı şəxslər 4 tələbəni qaçırıb. Hücumdan dərhal sonra ordunun təşkil etdiyi əməliyyatda onların dördü də xilas edilib.

Nigeriyada adam oğurluğu cinayəti ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu adi haldır.

Ölkədə sonuncu hücum sentyabrın 22-də Zamfara əyalətindəki Qusau Federal Universitetində 35 nəfərin qaçırıldığı vaxt olub. Hücumdan sonra həyata keçirilən əməliyyatlarda 13 tələbə xilas edilib. 22 nəfər hələ də axtarışdadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu