Nigeriyada silahlı hücumlarda 17 nəfər öldürülüb


Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Kaduna əyalətində baş verən silahlı hücumlarda 17 nəfərin öldürüldüyü açıqlanıb.


Yerli medianın məlumatına görə, silahlı dəstə üzvləri Kaduna əyalətinin Kauru bölgəsində 3 kəndə hücum edib.

Hücumlarda 17 nəfər həyatını itirib, 58 nəfər qaçırılıb.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.

Nigeriyada adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu adi haldır.

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və yüksək məbləğdə fidyə tələb edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu