Nigeriyanın Katsina əyalətində silahlı hücumda 20 nəfər həyatını itirib


Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Katsina əyalətində baş verən silahlı hücumda 20 nəfər həyatını itirib.



Milli mətbuatda yer alan xəbərlərə görə, silahlı şəxslər Katsina əyalətinin Musava rayonunda Mövlud şənliyinə toplaşan insanlara atəş açıb. Hücum nəticəsində 20 nəfər həyatını itirib.

Katsina əyalət polisinin sözçüsü Abubakar Sadiq Aliyu hücumu təsdiqləyib və 18 nəfərin yaralandığını bildirib.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin terror təşkilatları Boko Haram və ISWAP tərəfindən hücumlarla üzləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu