Nigeriyada "Boko Haram"ın hücumu nəticəsində 10 nəfər həlak olub


Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqində həyata keçirdiyi hücumda 10 nəfər həyatını itirib.


“Punch” qəzetinin verdiyi məlumata görə, terror təşkilatı “Boko Haram” üzvləri Borno əyalətinin Mafa bölgəsində tarla işçilərinə hücum edib. Hücumda 10 nəfər həyatını itirib, 9 nəfər isə qaçırılıb.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu