Nigeriyada “Boko Haram”ın 11 üzvü öldürülüb


Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram-a qarşı keçirilən əməliyyatlarda 11 terrorçu zərərsizləşdirilib.



Çad Gölü bölgəsində üsyanla mübarizə üzrə ekspert Zaqazola Makama verdiyi açıqlamada ordunun Timbuktu bölgəsində və Borno əyalətində Sambisa meşəsində Boko Harama qarşı əməliyyatlar həyata keçirdiyini bildirib.

Qurum əməliyyatlar zamanı 11 terrorçunun öldürüldüyünü, 25 terrorçu düşərgəsinin məhv edildiyini qeyd edib.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu