Nigeriyada Boko Haram hücumları nəticəsində 12 nəfər həyatını itirib


Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqindəki Borno əyalətində həyata keçirdiyi hücumlarda 12 nəfərin həyatını itirdiyi açıqlanıb.



Borno Polisinin İctimaiyyətlə Əlaqələr Sorumlusu Nahum Daso Kennet açıqlamasında Boko Haram üzvlərinin əyalətin Çibok bölgəsindəki Qatamarva və Tsihaya gələrək atəş açdığını bildirib.

Kennet qeyd edib ki, hücumlardan sonra 12 nəfərin cəsədi müəyyən edilib, 1 nəfər isə qaçırılıb.

Terrorçular hücumlar zamanı insanların qida məhsullarını oğurladığını bildirən Kennet, onların bir çox evi yandırdığını da bildirib.

Kennet bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu