"Boko Haram" 100-dən çox nigeriyalı şagirdi qaçırdı


Nigeriyadakı “Boko Haram” terror təşkilatı görüş zonasında olan 100-dən çox nigeriyalı şagird və onların müəllimlərini qaçırıb.



Yerli mətbuatın şahidlərə əsaslanaraq verdiyi məlumata görə, ölkənin şimal-qərbindəki Kuriqa qəsəbəsində 100-dən çox nigeriyalı şagird və bir müəllim "Boko Haram" terror təşkilatı tərəfindən qaçırılıb.

Hadisə şahidləri motosikletli onlarla silahlı şəxsin məktəbə daxil olduğunu, 8-15 yaşlarında 100-dən çox şagird və bir müəllimin aparıldığını bildiriblər.

Başqa bir hadisə şahidi qeyd edib ki, oğurluq zamanı bir şagird silahlı şəxslər tərəfindən güllələnib.

Hələlik hökumətdən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Dünən "Boko Haram" terror təşkilatı qaçqın düşərgəsində yaşayan və meşəyə odun yığmaq üçün gedən onlarla qadın və uşağı da qaçırıb.

Hadisə Kamerunla sərhəddə yerləşən Qamboru-Nqala bölgəsində baş verib və təhlükəsizlik qüvvələri dinc sakinləri xilas etmək üçün əməliyyata başlayıb.

Hökumət qaçırılanların sayı ilə bağlı açıqlama verməsə də, Nigeriyadakı "Daily Trust" qəzeti Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi Məhəmməd Malikə istinadən qaçırılanların sayının 200 nəfər olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu