İsrail ordusu 7 oktyabrdan bəri Qəzzada 30 min nöqtəyə hücum etdiyini açıqlayıb


İsrail ordusu ötən il oktyabrın 7-dən bəri Qəzza zolağında təxminən 30 min yerə hücum etdiyini açıqlayıb.


Əvvəlki aylarda Qəzzanın şimalına hücumlarını gücləndirən İsrail ordusu, keçən aydan etibarən daha əvvəl "təhlükəsiz" olduğunu iddia etdiyi mərkəzi və cənub bölgələrinə doğru hücumlarını genişləndirib.

İsrail ordusu münaqişənin başladığı 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib. Bildirilir ki, Qəzzada 30 minə yaxın nöqtəyə hücum edilib, bu hücumlarda 9 mindən çox Həmas üzvü öldürülüb.

Oktyabrın 7-dən bu yana Qəzzadan İsrailə 9 min, Livandan isə 2 min raket atılıb.

İsrail ordusu Livan ərazisində "Hizbullah"a məxsus 750 "hədəf"ə hücum təşkil etdiyini bildirib.

Qəzzada Səhiyyə Nazirliyinin məlumatlarına görə, İsrailin hücumları nəticəsində azı 10 min 300-ü uşaq, 7 min 100-ü qadın olmaqla 23 min 968 fələstinli həlak olub, 60 min 582 nəfər isə yaralanıb.

Qəzzada 1 milyon 900 min insan didərgin düşüb və onların əksəriyyəti müvəqqəti çadırlardan ibarət düşərgələrdə yaşayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu