Qəzzada həyatını itirənlərin 24 min nəfəri qadın və uşaqlardır


Qəzza zolağına 6 aydır davam edən müharibədə 24 min 60 fələstinli qadın və uşaq həyatını itirib.


Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrailin hücumlarının nəticələri ilə bağlı məlumat verilib.

Açıqlamaya görə, İsrail ordusu 7 oktyabr 2023-cü ildən Qəzza zolağına 2922 hücum təşkil edib.

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 14 min 500 uşaq və 9 min 560 qadının həyatını itirib, 7 min adam dağıntılar altında qalıb və ya itkin düşüb.

Qəzzada müharibədən zərərçəkənlərin 73 faizinin qadın və uşaqlar olduğu da açıqlamada əksini tapıb.

Məlumatda Qəzzada qida çatışmazlığı və susuzluqdan 30 uşağın həyatını itirdiyi xatırladılıb.

Açıqlamaya görə, İsrail ordusu oktyabrın 7-dən bu yana 70 min tondan çox partlayıcı ilə Qəzzaya hücumlar təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu