Putinin varidatı Rusiyada prezident seçkiləri öncəsi açıqlanıb


Rusiya Mərkəzi Seçki Komissiyası martda keçiriləcək prezident seçkilərində müstəqil namizəd olan Rusiya prezidenti Vladimir Putinin aktivlərini açıqlayıb.



Rusiya Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Putin Sankt-Peterburqda 78 kvadratmetrlik mənzilə və 18 kvadratmetrlik qaraja malikdir.

Bundan əlavə Putinin 1960 model GAZ M21, 1965 model GAZ M21, 2009 model Niva markalı avtomobilləri və 10 müxtəlif bank hesabında cəmi 54,4 milyon rubl varidatı var.

O, 2018-ci ildə başlayan prezidentlik dövrünü əhatə etməklə son 6 ildə 67 milyon rubldan çox gəlir əldə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu