Tramp "Kreml işi" ilə bağlı məhkəməni uduzdu


ABŞ-ın keçmiş prezidenti Donald Tramp keçmiş Mİ6 casusu Kristofer Stil və siyasətçinin Kremllə əlaqələrini araşdıran biznes kəşfiyyat şirkəti Orbis-ə qarşı iddiasını uduzub.



Bu barədə Bloomberg məlumat yayıb.

Keçmiş Amerika liderinin Rusiya liderləri ilə əməkdaşlığına dair məlumatların yer aldığı iddia edilən “Kreml işi”nin dərcindən sonra Tramp Steele-ni “əhəmiyyətli zərər və əzab” çəkdiyinə görə məhkəməyə verib. O, həmçinin hesabatlarda yer alan məlumatların yalan olması ilə bağlı məhkəmədən təsdiq almaq niyyətində olub.

Hakim Karen Stein iddianı rədd edib və dosyedəki məlumatların düzgünlüyünü yoxlamaqdan imtina edib. O, Trampın çəkdiyi əziyyətə görə kompensasiya almaq şansının olmadığını deyib: "Əslində iddiaçı öz nüfuzuna haqq qazandırmaq üçün məhkəmənin nəticələrini axtarır."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu