Tramp onu zorlamada ittiham edən müxbiri məhkəməyə verdi


ABŞ-ın keçmiş prezidenti Donald Tramp onu zorlamada ittiham edən jurnalist və yazıçı Jan Kerrolu böhtan və reputasiyasına xələl gətirdiyinə görə məhkəməyə verib.


Bu barədə Bloomberg məlumat yayıb.

Keçmiş Amerika liderinin müdafiəçiləri iddia edirlər ki, Kerrollun hərəkətləri siyasətçinin reputasiyasına ciddi ziyan vurub və hədsiz miqdarda itkilərə səbəb olub.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ-da məhkəmə keçmiş Amerika liderini jurnalist və yazıçı Jan Kerrolun zorlanmasına cəhd işi üzrə təqsirli bilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu