KİV: "Tramp Orbanı malikanəsində qəbul edəcək"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftə Macarıstanın baş naziri Viktor Orbanı Floridadakı Mar-a-Laqo malikanəsində qəbul edəcək.
Bu barədə Bloomberg etibarlı mənbəyə istinadən xəbər verib.
Mənbənin sözlərinə görə, siyasətçilər martın 8-də görüşəcəklər. Bu addım keçmiş Amerika liderinin hakimiyyətə qayıtması perspektivi ilə bağlı ABŞ-ın müttəfiqləri arasında narahatlıqları artıra bilər.
Macarıstanın Vaşinqtondakı səfirliyi, Tramp kampaniyası və ABŞ Dövlət Departamenti qarşıdan gələn görüşlə bağlı şərh verməyib.