Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb


Filippinin cənubundakı bir kənddə baş verən sürüşmədə həyatını itirənlərin sayı 11-ə yüksələrkən, itkin düşdüyü bildirilənlərin sayı 110-a yüksəlib.



Associated Press (AP) agentliyinə danışan Davao de Oro əyalətinin rəsmilərindən Edvard Makapili ölkənin cənubundakı Masara kəndində baş verən sürüşmə ilə bağlı açıqlama verib.

Torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayının 11-ə yüksəldiyini qeyd edən Macapili, axtarış işləri nəticəsində 31 yaralının xilas edildiyini bildirib.

Macapili itkin düşdüyü bildirilənlərin sayının 110-a yüksəldiyini bildirib.

Macapili hərbçilər, polis və könüllülərdən ibarət axtarış-xilasetmə qruplarının yenidən torpaq sürüşməsi ilə bağlı narahatlıq səbəbilə itkin düşənlərin axtarışlarını hələlik dayandırdığını bildirib və işlərin sabah da davam edəcəyini bildirib.

Təbii fəlakətə cavab verən rəsmilər də öz açıqlamalarında rayondan 1165-dən çox ailənin təxliyə edildiyini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu